Interposta.Info

İsmayıllıda ağac kəsən vəzifəli şəxs cərimələndi

Ölkə
 7-06-2021, 10:05     380

İsmayıllı rayonunun Cülyan kəndində yaşı 100-dən çox olduğu bildirilən qovaq ağacı kəsilib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisənin düzgün aparılmayan budanma işləri zamanı baş verdiyi məlum olub.

Kənd icra nümayəndəsi Tahir Hüseynov qeyd edib ki, ağacın budanması aidiyyatı qurumdan rəy alındıqdan sonra həyata keçirilib.

Sakinlərin müraciətindən sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib. Məlum olub ki, budanma düzgün aparılmayıb. Buna görə də Cülyan kənd icra nümayəndəsi nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən cərimələnib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26