Interposta.Info

Azərbaycanın 1500 illik canlısı – VİDEO

Müxtəlif
 25-05-2017, 18:21     622

Lənkəranda 1500 yaşlı ağac mövcuddur.

ARB TV xəbər verir ki, hündürlüyü 40-50 metrə çatan, diametri 3 metrdən çox olan bu ağac Sərm bulağı ərazisindədir. İnsanlara min illərdir fayda verən bu fıstıqkimilər fəsiləsinə aid olan palıd ağacı bəlkə də ölkənin ən qədim ağacıdır. Ağac tarixçilərin sözlərinə görə, təbiət hadisəsi kimi qeydiyyata alınmayıb.

Bu ağacın uzunömürlü olmasının digər səbəbi də indiyədək budanılmamasıdır. Ağacın yerləşdiyi həmin ərazidə daş qoç fiquru da mövcuddur. Ağqoyunlu dövrünə aid edildiyi daş abidə dövlətin rəmzi kimi hesab olunur. Tarixçilər onu orta əsrlərə aid edir. Deyilənlərə görə, burada türk tayfasından olan sərkərdə və ya qəbilə başçısı dəfn olunub. Əcdadlarımız bu daşı müqəddəs saymış və onları şər qüvvələrdən qoruduğuna inanmışlar.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26