Interposta.Info

Qəhrəman ŞƏHİD anası Sevda Kazımovaya eşq olsun - Mən müəllimdən yüksək ad tanımıram + FOTO 

Müxtəlif
 7-11-2023, 19:30     71 271

Ulu öndər dahi şəxsiyyət ölməz liderimiz Heydər Əliyev demişdir: "Mən müəllimdən yüksək ad tanımıram"

MÜƏLLİM PEŞƏSİ ŞƏRƏFLİ VƏ ÇƏTİN PEŞƏDİR!    
 
Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən təhsil işçisinə, nüfuzlu rəhbərə, Qəhrəman ŞƏHİD anasına eşq olsun!

Həyatda hər bir kamil insanın xarakterini müəyyənləşdirən xüsusi və həlledici xüsusiyyətlər var. Cəmiyyətdə seçilmiş insanların çoxluq tərəfindən sevilməsi, hörmətə layiq görülməsi və fərqlənməsi bu önəmli xüsusiyyətlərin üzə çıxmasından başlayır. Davranışı, əqli, fikri və ədəb- ərkanı ilə özünü təsdiq edən, əməyi ilə həyatın gözəlliyini artıran namuslu insan şəxsiyyətdir.
Ürəyi günəş kimi isti, mayası xeyirxahlıqla yoğrulan ŞƏHİD anası, nüfuzlu rəhbər Gəncə Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışan xanım Sevda Kazımovanı tanıyan hər kəsdə sonsuz sadəliyi ilə heyrət doğuran belə bənzərsiz insanlardan biri haqqında fikirlərimi sevərək qələmə almaq keçdi ürəyimdən.
Məlum məsələdir ki, insanın mükəmməlliyi də, milli- mənəvi ruha köklənməsi də onun soykökünün şərəfli və ləyaqətli olmasından başlayır.
Çox hörmətli Sevda xanımın büllur kimi təmiz adı harada çəkilirsə, orada insanların üzünə xoş təbəssüm qonur və adamı iftixar hissi bürüyür. Çox hörmətli Sevda müəllimə hər vaxt öz qürurunu və bütövlüyünü qoruyan, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran əliaçıq, təmkinli, qəlb ovudub, könül tikən, elmli və geniş dünyagörüşlü kafedra müdiridir, pedaqoqdur. İllərdir sözün tam mənasında insanlığına, qeyri-adi səmimiliyinə, ətrafında olan hər bir kəsə göstərdiyi diqqətinə, və mərhəmətinə məftun olduğum, pafoslu "sağ ol"ları və təşəkkürləri sevməyən, etdiyi yaxşılıqları dilə alınmasına ehtiyac duymayan Sevda müəllimə haqqında yazdığım yazıda bu üzdən necə ehtiyatla davranmağıma tək özüm şahidəm.
Yetərincə təvazökarlığa sahib olan bu möhtərəm insan, haqq sayına və yaxşılıqlarına rəğmən kimlərinsə bir kəlmə minnətdarlıq bildirməsinə əsla izin verməz və hətta bundan narahat olar. Bu da "sağ olun" demək istəyənin sözünü ehmalca kəsib" siz də belə edərdiniz "deyib keçən," əl tutmaq Əlidən qalıb" fikrinə önəm verən, "Allah hər şeyi görüb-biləndir" düşünən yüksək mənəvi dəyərlərə xidmət edən insanın möhtəşəmliyinin bariz nümunəsidir.

Sevda müəllimə Yüksəl kimi qəhrəman oğlun , baş tacımız olan ƏZİZ ŞƏHİDİMİZ Yüksəl Əlizadənin anasıdır.

Yüksəl Əlizadə gənc olmasına baxmayaraq böyük təcrübəsi olan savadlı hüquqşünas idi. Vətəninə, xalqına, millətinə sadiq olan ziyalı hüquqşünas Yüksəl qardaşım könüllü olaraq 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ iştirak etdi, son nəfəsinə kimi döyüşlərdə iştirak edərək ŞƏHİDLİK ZİRVƏSİNƏ yüksəldi.
Bu gün bizlər Yüksəl Əlizadə başda olmaqla bütün şəhidlərimizin hesabına ZƏFƏR GÜNÜNÜ qeyd edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Allahtaladan ŞƏHİD qardaşım Yüksələ rəhmət diləyirəm, anası Sevda xanıma, qardaşlarına səbr diləyirəm.
Təəssüf ki, gördüklərimin və demək istədiklərimin hamısını bir yazıda işıqlandıra bilmirəm. Lakin, insanı təəccübləndirən danılmaz məqamları öz qəlb süzgəcimdən bacardığım qədər keçirib, ön və son sözə yer vermədən, qəlbimdə iftixar və minnətdarlıq duyğusu ilə öz düşüncələrimi qələmimə pıçıldayıram.
Gəncə Dövlət Universitetində kafedra müdiri vəzifəsində çalışan çox hörmətli Sevda xanım ədalətliliyi bərpa, şəffaflığı təmin edən nüfuzlu rəhbərdir.
Peşəkarlığı və qayğıkeşliyi ilə seçilən, şərəfli və çətin vəzifəsinin öhdəsindən layiqincə gələ bilən çox hörmətli Sevda xanıma Allahtaladan sağlam can sağlığı və uzun ömür, dövləti, pedaqoji fəaliyyətində uğurlar arzulayıram, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevə, aidiyyatı qurumlara çox hörmətli Sevda müəllimə kimi nüfuzlu təhsil işçisinin kafedra müdiri  vəzifəsində  çalışmasına şərait yaratdıqları üçün vətəndaş olaraq öz dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm!
Hörmətlə, Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə
SURƏTİ: 
Azərbaycan Respublikasının Elm və Təhsil naziri Cənab Emin Əmrullayevə
SURƏTİ: Gəncə Dövlət Universitetinin rektoru Cənab Yusif Yusibova
Goranboy rayonu Qızılhacılı qəsəbə sakini Eminov Neman Bayram oğlu tərəfindən MİNNƏTDARLIQ

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26