Interposta.Info

O fotodakı şəhid anası dünyasını dəyişdi (FOTO)

Müxtəlif
 16-02-2022, 09:37     376

Birinci Qarabağ müharibəsində şəhid olan Qasımov Bəhram Həmid oğlunun anası İltima Qasımova vəfat edib.

"İnterPosta" "Qafqazinfo”ya istinadən məlumatına görə, o, 94 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Bəhram Qasımov 1992-ci ildə Ağdam rayonun Abdal-Gülablı kəndinin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhidimizin anası 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə keçirdiyi görüşdə iştirak etmişdi. Görüşdə şəhid anası ilə Prezidentin birgə çəkilmiş fotosu rəğbətlə qarşılanmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26