Interposta.Info

Türkiyəli hərbçi Suriyada şəhid oldu

Dünya
 4-02-2021, 18:18     574

Suriyanın şimalındakı Əl-Bab rayonunda Türkiyə hərbçisi şəhid olub.

"İnterPosta" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu tvitterdə yazıb.

"Bir qəhrəman, bir ata... Ay-ulduzlu bayrağımız uğrunda şəhadətə yola saldığımız vətən övladı... Suriyanın Əl-Bab rayonunda şəhid düşən qəhrəman jandarmamız Süleyman Dəmirələ Allahdan rəhmət, ailəsinə səbir diləyirəm. Başımız sağ olsun”, - nazir qeyd edib.

Məlumata görə, baş çavuş bölgədəki minanı zərərsizləşdirərkən həlak olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26