Interposta.Info

İstefadan buna görə vaz keçdim - Soylu

Dünya
 13-04-2020, 16:54     409

Cümə gecəsi baş verənlərə laqeyd yanaşmaq məsuliyyətsizlik olardı.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, şəhid övladlarının “Bizi bir daha atasız buraxma” şəklindəki mesajları ona çox ciddi təsir edib:

“Bundan başqa, millətimizin xoş niyyətimdən şübhə etməməsi də mənə çox təsirli göründü. Millətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının məsuliyyətə çağırış mesajı çox vacib idi. Ona təşəkkür etmək üçün zəng edəcəyəm”.

Qeyd edək ki, Türkiyə Daxili İşlər naziri ötən gün axşam saatlarında istefa verdiyini açıqlamışdı. Ancaq Prezident Ərdoğan istefanı qəbul etməmişdi.

MHP başqanı Dövlət Baxçalı da Süleyman Soyluya dəstəyini ifadə etmiş və onun istefasının qəbul edilməməsini alqışlamışdı.

S.Soylu isə bundan sonra vəzifəsinin başına geri dönmüşdü.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26