Interposta.Info

Nazir dəhşətli partlayışın səbəbini açıqladı -

Dünya
 12-04-2017, 14:54     511

Dünən Diyarbəkirdə baş verən partlayışın terror hücumu olduğu təsdiqlənib.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu deyib.

“Əvvəlcə elə bildik, partlayış avtomobildə olub. Amma sonra məlum oldu ki, terrorçular lağım ataraq yerin altına partlayıcı maddə yerləşdiriblər. Hazırda xəstəxanada 10-12 yaralı var. Bir texniki işçi və bir polis şəhid olub. Valilik yaxın saatlarda hadisə ilə bağlı daha ətraflı məlumat verəcək”, - Soylu bildirib.

Qeyd edək ki, dünən Türkiyənin Diyarbəkir vilayətinin Bağlar mahalında yerləşən Təhlükəsizlik Şöbəsinin əlavə binasında partlayış baş verib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26