Interposta.Info

Surət Hüseynovun məzar daşına bu sözlər yazıldı (FOTO)

Müxtəlif
 12-09-2023, 11:34     437

Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq baş nazir Surət Hüseynova məzardaşı qoyulub.

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı barədə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı foto paylaşıb.

Fotodan görünür ki, S.Hüseynovun məzar daşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.

Həmçinin başdaşına epiqraf kimi bu sözlər yazılıb: "Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”

Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26