Interposta.Info

Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib - FOTO

Manşet
 2-08-2023, 09:03     318

Sabiq baş nazir Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib.

Oxu.Az-ın məlumatına görə, onunla bu gün evində vida mərasimi keçiriləcək.

Vida mərasimindən sonra Sürət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Sürət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib.
Xatırladaq ki, iyulun 31-də S.Hüseynov səhhətindəki problemlərlə əlaqədar olaraq İstanbuldan Moldovaya gedərkən hava limanında infarkt keçirib. O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26