Interposta.Info

İsmayıllıdan Bakıya qaçan gənclər: “Polis axtarışında olduğumuz üçün nikaha girməmişik” (VİDEO)

Müxtəlif
 9-08-2023, 23:49     452

İyulun 9-da İsmayıllıda valideynləri tərəfindən axtarışa verilən Ağaverdi Xəlilov və Aytac Mayılova Baku TV-də yayımlanan "Arzunun vaxtı” verilişinin qonağı olublar.

İtkin düşdüyü deyilən Ağaverdi Xəlilov bəzi məqamlara aydınlıq gətirib. 19 yaşlı gənc bildirib ki, bir-birilərini dörd ildir tanıyırlar:

"Bir neçə dəfə ailəmlə bu barədə danışmışam. Demişəm ki, bir qızı istəyirəm, elçi gedək. Ancaq valideynlərim 19 yaşım olmasına baxmayaraq, yaşımın çatmadığını, hələ tez olduğunu dedilər. Bir ay gözlədik, sonra qaçmaq qərarına gəldik”.

Ağaverdi Xəlilov bir müddət ailəsindən uzaq olmaq istədiyini deyib:
"Özüm vaxtı çatanda onların yanına gedəcəyəm. Tək xahişim odur ki, məni narahat etməsinlər”.

Daha ətraflı süjetdə:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26