Interposta.Info

Polis rəisinə yeni vəzifə verildi

Ölkə
 17-05-2018, 23:37     10 417

Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib.

APA-nın məlumatına görə, Penitensiar Xidmətin bir müddət əvvəl təqaüdə göndərilən rəis müavini Hüseyn Əlixanovun yerinə Xidmətin təsərrüfat idarəsinin rəisi, ədliyyə polkovniki Ağaəli Xəlilov təyin edilib.

Qeyd edək ki, A.Xəlilov uzun müddət daxili işlər orqanlarında işləyib. A. Xəlilov bundan əvvəl Saatlı Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. A. Xəlilov 2016-cı ildə Penitensiar Xidmətin təsərrüfat idarəsinin rəisi təyin edilib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26