Nazir baş idarəyə rəis müavini təyin etdi

Daxili işlər orqanlarında yeni təyinat olub.
Report-un xəbərinə görə, polis polkovniki Canpolad Daanov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinin rəisi vəzifəsindən azad olunaraq DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əvvəlki rəis müavini Teymur Hacıyev vəzifəsindən azad edilərək Zərdab Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26