Interposta.Info

21 yaşında 2 dəfə ərdə olan gənc qadının dəhşətli etirafları

Ölkə
 18-05-2018, 20:55     10 793

21 yaşlı Elnarənin Xoşqədəm Hidayətqızının "Səni axtarıram" proqramında etirafları televiziya tamaşaçılarını dəhşətə gətirib.

"XeberBiz" baku.ws-ə istinadən xəbər verir ki, gənc qız ikinci ərindən və onu həmin şəxsə məcburən ərə verən valideynlərindən imtina etmək istədiyini bildirib.

Elnarə ilk dəfə 18 yaşında valideynlərinin xeyir-duası olmadan Azər adlı şəxslə ailə qurduğunu etiraf edib. Maddi çətinliklər və ailədə yaşanan problemlər səbəbilə tez-tez valideynlərinin evinə gəlib. İki il ailə həyatından sonra - növbəti dəfə belə hal baş verdikdə valideynləri "Azərdən sənə ər olmaz" deyib onu məcburən başqa kişiyə ərə veriblər.

Valideynlərin Elnarə üçün seçdikləri ər özündən 16 yaş böyük, 3 dəfə həbsxana həyatı yaşamış qohumları olub.

İkinci həyatı da alınmayan bədbəxt qız, həmin şəxs tərəfindən mənəvi və fiziki təzyiqlərə, daha doğrusu təcavüzə məruz qaldığını fotolarla sübut edib: "Məni hər dəfə döyüb belə vəziyyətə salırdı və mən də hər dəfə onun əlindən ata evinə qaçırdım. Yaralarım sağaldıqdan valideynlərim məni yenidən onun evinə göndərirdilər. Məni ac-susuz mal tövləsinə basıb işlədirdi. Çox işgəncələr verirdi. Valideynlərim mənə sahib çıxmırlar. ".

21 yaşlı qadının hər iki evliliyi rəsmi nikahsız baş tutub.

interposta.info

[frame=https://baku.ws/video2/v.php?v=1012166" width="640" height="360"]

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26