Interposta.Info

Pilot Bakıdan Alanyaya uçan təyyarəni ehtiyat hava limanına endirdi (SƏBƏB)

Müxtəlif
 8-09-2022, 11:51     272

"Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi - "Buta Airways" şirkətinin J2-9111 nömrəli Bakı-Alanya reysini yerinə yetirən hava gəmisinin kapitanı Antalya ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"İnterPosta" bu barədə aviaşirkətə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb yanan meşələrdən gələn güclü tüstü ilə əlaqədar görmə şəraitinin zəifləməsidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26