Azərbaycanda əkiz hərbçilər əkiz bacılarla evləndi (VİDEO)

Əməkdar artist Nigar Şabanova paylaşımı ilə diqqət çəkib.
"İnterPosta" xəbər verir ki, xanəndə Qazaxda hərbçi qardaşların toyuna qatılıb. O bildirib ki, zabitlər Qabil və Qalib eyni gündə ailə qurub. Onlar əkiz bacılarla nikah masasına oturub.
Nigar əlavə edib ki, hərbçilərin toyunda təmənnasız iştirak edib. "Qazaxda əkiz zabitlərin toyu. Allah bütün hərbçilərimizi qorusun. Hər birinizin toyunda təmənnasız iştirak etmək borcumuzdur. Sayənizdə başımız ucadır. Əkiz qardaşlar və bacılar Allah sizi əkiz övladla sevindirsin" deyə, Nigar paylaşımında qeyd edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26