Bakıda özəl xəstəxanada doğuş zamanı əkiz uşaqlar ölüb
Bakıda körpə ölümü baş verib.
Hadisə Baku Medical Plazada qeydə alınıb. 1990-cı il təvəllüdlü Ülkər Rasim qızı Əhmədova əkiz uşaqlar dünyaya gətirib. Uşaqların hər ikisi doğuş zamanı ölüb.
Baku Medical Plazadan ONA-ya bildirilib ki, körpələr ölü vəziyyətdə doğulub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26