Interposta.Info

“Xudayar təsnifi” Yapon dilində - VİDEO

Müxtəlif
 30-05-2022, 18:53     258

“Sərhədləri aşanlar 3.0” klubunun üzvləri mahnını yapon dilində ifa ediblər
Yaponiyanın “Sərhədləri aşanlar 3.0” klubunun üzvləri II Qarabağ müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısını yapon dilinə tərcümə edərək ona klip çəkiblər. Klubun meneceri Kazuyasu İşida layihə barədə deyib ki, klipi Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar hazırlayıblar və Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan Azərbaycan oğullarının xatirəsinə həsr ediblər. O, "Xudayar təsnifi" ilə Azərbaycanın əzəmətini, Qarabağ müharibəsi nəticəsində vurulmuş böyük zərəri yaponiya ictimaiyyətinin diqqətinə çatdırmağa çalıdıqlarını bildirib. Klub üzvləri klip üçün çəkilişləri Yaponiyanın müxtəlif prefekturalarının görməli yerlərində ediblər.

Klipə Azərbaycanın inkişafını, işğal dövründə ermənilərin törətdiyi vəhşilikləri, möhtəşəm Cıdır düzünü, Azərbaycanın böyük bayramına çevrilən Zəfər gününü, tarixi və dini abidələri əks etdirən fotolar da əlavə edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26