Interposta.Info

Dastana dönən Xudayar da unudulmadı... (VİDEO)

Müxtəlif
 8-11-2021, 22:47     300

Xəbər verdiyimiz kimi, 8 Noyabr – Zəfər Gününün ildönümü münasibətilə Bakıda Muzey Mərkəzinin binası üzərində videoproyeksiya nümayiş etdirilib.

"İnterPosta" xəbər verir ki, videoproyeksiya zamanı Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında əbədilik qazanan "Vətən yaxşıdır” təsnifi də səsləndirilib, musiqi fonunda görüntülər yerləşdirilib.

Qeyd edək ki, 1998-ci il iyulun 15-də Bərdə şəhərində doğulan X. Yusifzadə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub. Vətən müharibəsi zamanı Cəbrayıl və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. X. Yusifzadə oktyabrın 22-də Ağbənd istiqamətində şəhid olub.

Ölümündən sonra "Vətən uğrunda”, "Zəngilanın azad olunmasına görə” medalları və "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

X. Yusifzadə ölümündən iki gün əvvəl Əliağa Vahidin "Vətən yaxşıdır" şeirini ifa edib və bunu telefon vasitəsilə lentə alıb. Video qısa müddət ərzində trendə çevrilib. Onun şəhid olmasından sonra mahnıya "Xudayar təsnifi” adı verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26