Interposta.Info

Şəhidimizin əşyaları Tarix Muzeyinə verildi

Ölkə
 13-03-2021, 20:43     509

Milli Azərbaycan Tarixi Muzeyinə şəhid Vəli Quliyevə məxsus əşyalar təhvil verilib.

"İnterPosta"xəbər verir ki, bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Bildirilib ki, V.Quliyev 1997-ci ildə Culfa rayonunun Qazançı kəndində anadan olub. Heydər Əliyev adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb.

Leytenant Vəli Quliyev 2020-ci il sentyabrın 27-də başlayan II Qarabağ müharibəsi zamanı Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, oktyabrın 22-də Qubadlı döyüşləri zamanı şəhid olub, Naxçıvan şəhərində dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26