Interposta.Info

"Xudayar təsnifi”nin yeni versiyası təqdim olundu

Mədəniyyət
 28-12-2020, 12:59     683

Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda, Vətən Müharibəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış "Vətən yaxşıdır" təsnifini Beynəlxalq Muğam Mərkəzi solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edib.

Mərkəzdən "İnterPosta"ya verilən məlumata görə, gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virual duet şəklində oxunan təsnifə yeni sözlər də yazılaraq əlavə edilib. İfaçıları Rəşad İbrahimov(tar), Cehyun Muradov (kamança) və Amil Musatafayev (nağara) müşayiət edib.

Qeyd edək ki, "Vətən yaxşıdır" təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə "Xudayar təsnifi" adlanıb. BMM-nin layihəsi üçün təsnifə əlavə mətni şair, professor Vüqar Əhməd yazıb.

Qeyd edək ki, təsnifin audiovizual variantı ilk dəfə Dünya Azərbaycanlılarının həmrəyliyi günü ərəfəsində radiodalğalarda və sosial şəbəkələrdə səslənəcək.

Yeni ilin əvvəlində BMM TV studiyası təsnifin videoklipini də ictimaiyyətə təqdim edəcək.

BMM yeni layihəsini Xudayar Yusifzadənin timsalında doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26