Interposta.Info

Xanım deputat bu vəzifəsindən istefa verdi

Müxtəlif
 12-04-2022, 11:36     108

Milli Məclisin deputatı Jalə Əhmədova “Vinq Çun” döyüş sənəti federasiyasındakı vəzifəsindən istefa verib.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, J.Əhmədova artıq vəsiqəsini təhvil verib.

Bildirək ki, deputat 2018-ci ildən həmin federasiyanın birinci vitse-prezidenti vəzifəsini tuturdu.

Millət vəkilinin istefasına səbəb onun Azərbaycan Autizm Assosiasiyasına vitse-prezident seçilməyi ilə əlaqədardır.

Oxu.Az deputat Jalə Əhmədova ilə əlaqə saxlayıb.

Millət vəkili məlumatı təsdiq edib.

Jalə Əhmədova deyib ki, “Vinq Çun” federasiyasının inkişafı üçün əlindən gələn dəstəyi göstərib.

“Ancaq mən düşündüm ki, bundan sonrakı fəaliyyətimi autizmdən əziyyət çəkən uşaqlara yönəldim”, - deyə o əlavə edib.

Qeyd edək ki, Jalə Əhmədova həm də “Vinq Çun” federasiyasının təsisçisidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26