Interposta.Info

Gülər Əhmədova Əflan İbrahimovu məhkəməyə verdi - Ağır ittihamlar

Siyasət
 7-08-2021, 12:03     453

Sabiq deputat Gülər Əhmədova Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovu məhkəməyə verib.

Bu barədə "İnterPosta"-ya Əflan İbrahimovun özü məlumat verib. Partiya sədrinin sözlərinə görə, buna səbəb onun LAF TV-dəki çıxışıdır:

"Mən demişəm ki, Gülər Əhmədova Ramiz Mehdiyevin adamıdır, onun həyat yoldaşının əmr və göstərişlərini yerinə yetirir. Həmin çıxışdan sonra Gülər xanım məni məhkəməyə verib. Gülər xanımın özü də, oğlu da həbsdə olub. İndi Hafiz Hacıyevin partiyasında sədr müavinidir. Onun siyasi partiyada müavin olub xalq adından danışmağa da ixtiyarı yoxdur".

Əflan İbrahimov bildirib ki, işə avqustun 11-də Abşeron rayon Məhkəməsində baxılacaq.

Sabiq deputat Gülər Əhmədova da Qaynarinfo-ya açıqlamasında məlumatı təsdiqləyib:

"Xüsusi ittiham qaydasında onu məhkəməyə vermişəm. Səbəb LAF TV-dəki çıxışıdır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26