Interposta.Info

Yükü boşaltmaq üçün getdiyi mənzillərdən sahibinin adından pul aldı - FƏHLƏDƏN AĞLASIĞMAZ DƏLƏDUZLUQ

Müxtəlif
 1-12-2021, 09:56     318

Abşeron rayonun Fatmayi kənd sakini Ramilə Qulu qızı Əhmədxanlı müraciət edərək, sahibkarı olduğu dükanın fəhləsi dələduzluğa məruz qaldığını deyib.

Ramilə Əhmədxanlı deyir ki, 4-5 aya yaxındır yanında işləyən Tural Abdulhəsənov mebelləri boşaltmaq üçün getdiyi mənzillərdən ondan xəbərsiz olaraq pul vəsaitlərini alaraq mənimsəyib. Ramilə Əhmədxanlıya Turan Abdulhəsənov tərəfindən ümumilikdə 5700 manat dəyərində ziyan vurulduğunu deyir. İşə Suraxanı rayon polis idarəsində baxılmağına baxmayaraq, şübhəli şəxs hələ də azadlıqdadır:
"Riyad ticarət mərkəzində mebel dükanım var. Yanımda 4-5 aya yaxın fəhlə işləyən Abdulhəsənov Tural Kamal oğlu 3 mart tarixində mebeli boşaldıb, daha sonra isə ev sahibini aladadaraq pulu onun götürməli olduğunu bildirib. 1700 manat mənə çatmalı olan pul vəsaitini mənimsəyib. Hadisədən bir ay sonra, yəni bir fevral tarixində digər bir müştəridən də 4000 manat pulu alaraq, guya digər malları gətirmək adı ilə aldadıb. Daha sonra mənə həmin pul məbləğini taksidə unutduuunu bildirib. Özü 102-yə məlumat vermiş, məni də inandırmışdı ki, 23-cü bölməyə ərizə verilib və pul tapılacaq.
Dünən isə danışığında bildirib ki, bu 1700 manat pulu da, o biri 4000 manat pulu da əcəb edib mənimsəyib. Dediyinə görə, polis ona heç nə edə bilməz. Onun deyib ki, dələduzlara heç kim cinayət işi açmaq ixtiyarı yoxdur. Qanuni ölkədə yaşayırıq və yəgin ki, qanunlarımız "get kimin əmlakını, əşyasını, pulunu mənimsə qoy cibinə, sonra hədə-qorxu gəl" demir. Doğrudanmı başqasının əmlakını mənimsəmək, zərbə vurmaq bu qədər adiləşib?...Həqiqtənənmi dələduzluq başlı-başına buraxılıb?... Belə çıxır ki, qanunlar qarşısında aciz qalıb. Qanunvericilik bu qədər acizdirsə, kömək istəyən birinə heç nə etmirsə kimə güvənək?...Bu adam iki evdən mağazaya məxsus 5700 manat pul vəsaitini mənimsəyib. Nəticədə özüm zərəri ödəməyə məcbur qalmışam. Mənim kimisi üçün çox böyük məbləğdir. İki gün orda- burdan zəng edib, ora-bura çağırırlar. Deyirlər ki, bu cinayətdi kömək edəcəyik. Lakin, nəticədə həmin şəxs hələ də azadlıqdadır. Mənə dəymiş zərər də qaytarılmayıb...
Bu şəxs maaşını müxtəlif bəhanələrlə mndən əvvəlcədən alıb. Kredit və birbaşa pul vəsaitini verilməyən evlərə hansısa bəhanə ilə getmirdi. Gedəndə isə malı boşaldıb çıxırmış. Sonradan isə ev sahiblərini gizlin bayıra çağırıb, guya "dükandan pul üçün bunu göndərmişik" adı ilə qayıdıb pulu istəyib. Kim ki, dəqiqləşdirmək üçün zəng edən zaman sözü dəyişərək aradan çıxıb. Lakin, iki nəfər ev sahibi zəng vurmadan pulu Tural Abdulhənova verib".
Ümid edirik ki, baş vermiş xoşagəlməz hadisə Daxili İşlər Nazirliyi tərəfindən nəzarət götürüləcək və araşdırılacaq. Qeyd etmək istərdik ki, dələduzluq , yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, 178.2.4- xeyli miqdarda ziyan vurmaqla törədildikdə -üç min manatdan beş min manatadək cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26