Interposta.Info

Restoran biznesində yeyintilərin qarşınının alınmasında yenilik - SAHİBKARLARA QAZANDIRACAQ FÜRSƏT

Müxtəlif
 2-11-2021, 16:16     553

Restoran biznesi ilə məşğul olan sahibkarlar çox vaxt qurduqları biznesdə yeyinti halları ilə üz-üzə qalırlar.
İşçilərinizin nə qədər yaxşı olduğunuzu düşünsəniz belə, hər zaman yeyinti ehtimalı var. Bir çox işçi yalnız bacardıqlarını və tutulma şanslarının az olduğunu bildikləri üçün yeyinti edirlər. Əgər, əməkdaşlar iş prosesini izləyən bir sisteminizin olduğunu bilirsə, əksəriyyət buna hörmət edəcək və yanlış addımlar atmamağa çalışacaq. Hər halda restoran sahibi olaraq hər yerdə bir anda olmaq çətindir. Bu səbəbdən də restoranın bütünlüklə uzaqdan izləmə sisteminə sahib olmağınız vacibdir. Hazırda oxucularımıza məlumat verəcəyimiz bu sistem də məhz restoran biznesi üçün nəzərdə tutulub.


Bitepos yeni nəsil restoranlar üçün ağıllı pos sistemidir. Sistemi hazır edən Bite Consulting Services şirkəti dünya üzərində 10 ən yaxşı innovativ texnoloji həll təklif edən gənc şirkətlər siyahısına seçilmişdir.
Hazırda 21 ölkədə yerləşən fərqli şirkətlərə müxtəlif xidmətlər göstərir. Bitepos ağıllı statistika və analiz qabiliyyətinə sahibdir. Yəni bu sistem vasitəsi ilə sahibkar bütün restoran şəbəkəsini analiz edərək, hesabatlar ala bilir. Belə ki, müştəri ona təqdim edilən cihaz vasitəsilə sifarişini seçir və restoran əməkdaşı bu sifarişi təsdiqləyir. Təsdiqlənmiş sifariş mətbəx əməkdaşları üçün təyin edilmiş monitor və ya çap maşınında öz əksini tapır. Daha sonra sifarişi hazırlamağa başlayırlar. Hazırlanmış sifariş haqqında məlumat ofisiant üçün təyin edilmiş tabletə və ya smart saata bildiriş şəklində göndərilir. Hazır edilmiş sifariş mətbəxdən təhvil alınaraq müştəriyə təqdim edilir. Eyni zamnda, bu proses proqramın sistemində arxivlənir və hər bir masanın sifarişləri, onların dəyərləri haqqında məlumat sahibkara hesabat şəklində göndərilir. Beləliklə, hər iki tərəfin razı qalacağı təmassız, sürətli və rahat xidmət həyata keçirilir.
Bitepos böyük şəbəkələr, orta və ya kiçik həcmli restoranlar üçün optimizasiya edilə bilər. Bundan əlavə məlumatlar hər bir müştəri üçün fərdiləşdirilir. Həmçinin sahibkar xidmətə qoşulmazdan əvvəl demo versiya vasitəsilə sistemin işləmə prinsipini öyrənə bilər, öz biznes planı və analizlərini apara bilər. Sistem vasitəsilə sahibkar vergi, əmək haqqı, məkan və digər bütün xərclərini, qazancını detallı şəkildə aylıq, günlük, hətta saatlıq hesabatlarla ölçə bilir. Bu o deməkdir ki, sadəcə bir sistem vasitəsilə həm biznes analizi, həm də maliyyə hesabatı etməyiniz mümkündür.

Qeyd edək ki, Bitepos yeni nəsil restoranlar üçün ağıllı pos sistemini təşkil etdiyi üçün beynəlxalq mükafatlar da əldə edib. BITE Consulting Services "BITEPOS" məhsuluna görə 2020-ci ildə TOP 10 Best Innovative Technology Solution Providers listinə düşüb. 2021-ci ildə isə şirkət Polşanın nüfuzlu Bunsiness Technology Şirkətlər listinə düşüb. Şirkət hazırda BITEPOS məhsulunun lisenziyalarının satışını - IBM (ABŞ və Polşa), DIGISOL (BƏƏ), ZIGLAR (BƏƏ and Azərbaycan) ve MATRIX Technology (Hindistan) şirkətlərinə satış edir. Bundan əlavə isə BITEPOS mehsulunda restoranın müştəriləri üçün sifariş etmə funksiyasına görə LENOVO şirkəti ilə əməkdaşlıq edir ve "hardware"lərdən istifadə edir.
Bitepos texnologiyanı işə götürür desək yanılmarıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26