Interposta.Info

Qubad İbadoğlu dünyanın ən məşhur ali məktəblərindən birində işə başlayır
 

Müxtəlif / Manşet
 23-08-2021, 09:46     843

"Sentyabrın 1-dən yüksək akademik reputasiyaya malik, dünyaca məşhur xeyriyyəçi Corc Sorosun, ABŞ-ın 35-ci prezidenti Con Kennedinin, Tayvanın hazırkı prezidenti Tsai Ing-wenin məzun olduğu London İqtisad Məktəbinin (LSE) Siyasi elmlər bölümünün professoru və baş elmi işçisi kimi işə başlayacağam”.

"İnterPosta" məlumatına görə, bunu tanınmış iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirib.

O bildirib ki, Siyasi elmlər London İqtisad Məktəbinin dünya reytinqində ilk onluğa düşən 12 ixtisasından biridir və bu bölüm dünya üzrə sıralamada beşincidir.

"Siyasi elmlər və iqtisad bölümünün akademik sferada nüfuzu mənim elmi və pedaqoji fəaliyyətim üçün böyük imkanlar yaradır. Eyni zamanda, Böyük Britaniyanın Azərbaycan üçün əhəmiyyəti və Türkiyə ilə gündən-günə inkişaf edən münasibətləri həm elmi, həm də siyasi perspektivləri genişləndirir.

Londonda, xüsusilə qlobal və regional siyasətin liderləri, tədqiqatçıları ilə birbaşa təmaslardan ölkəmiz naminə faydalanmaq niyyətindəyəm.

LSE-yə verəcəklərim və buradan faydalarım çox olacaq. Yeni iş yerimdə əldə edəcəyim təcrübə ilə indiyə qədər ABŞ Universitetlərində qazandığım praktikanı daha da zənginləşdirmək niyyətindəyəm.

İnanıram ki, LSE-dəkı fəaliyyətimdən ilk növbədə, hazırda xəyallarımızda bərqərar olan, tezliklə reallığa çevriləcək Azərbaycan qazanacaq”.

Xatırladaq ki, Q.İbadoğlu bundan əvvəl ABŞ-ın Rutgers Universitetinin professor vəzifəsində çalışmışdı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26