Şəhid anasının hər kəsi kövrəldən vəsiyyəti (VİDEO)

1993-cü ildə Cəbrayılda şəhid olan balasının son geyimlərini saxladığı boxçasını düz 27 ildir ki, göz-bəbəyi kimi qoruyub- saxlayır Şəmayil ana. Boxçanı bükdüyü kələğayını isə özünün ölüm günü üçün vəsiyyət edib.
Ananın göz-bəbəyi kimi qoruduğu boxçasında özündən də bir nişanə var. Bu yaşlı qadın 27 il əvvəl uzun hörüklərinin birini yolaraq şəhid Rövşəni ilə birgə torpağa basdırıb.
Həmin gündən tək təsəllisi isə oğlunun toyu üçün əzizləyib saxladığı dana olub. Doğmaları gözü yaşlı ananı sakitləşdirmək üçün həmin heyvanı ailədən uzaqlaşdırmaq qərarına gəliblər.
Şəmayil ana öz vəsiyyətini oğlu Rövşənin illərdir saxladığı fotolarından birinin arxasına yazıb.
Ağbirçək ana şəhid balasını Cəbrayılın Qumlaq kənd qəbiristanlığında torpağa tapşırıb. İndi isə vətənə dönəcəyi və balasının məzarına qovuşacağı günü səbirsizliklə gözləyir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26