Interposta.Info

Elşad Məmmədovun xalası oğlu da şəhid oldu...

Gündəm
 22-12-2020, 12:58     450

İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

"İnterPosta" Qafqazinfo-ya istinadən məlumatına görə, söhbət Yusifov Elburus Şəmsi oğlundan gedir.

O, ailəsi ilə sonuncu dəfə oktyabrın 1-də əlaqə saxlaya bilmişdi.

1985-ci ildə Tovuzun Ağdam kəndində anadan olan Elbrus Yusifov Silahlı Qüvvələrdə MAXE kimi xidmət edib.

Kiçik çavuş Tovuzda yerləşən N saylı hərbi hissənin kəşfiyyatçılarından olub. O, daha sonra Qaraqaya yüksəkliyində Manqa komandiri kimi xidmətini davam etdirib. Elbrus Yusifov bu ilin iyulunda baş verən Tovuz döyüşlərinin də iştirakçısı olub.

Vətən Müharibəsində isə Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, Elbrus Yusifov Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun xalası oğludur. Şəhidimiz bu gün Ağdam kəndinin Şəhidlər Xiyabanında, şəhid xalası oğlunun yanında torpağa tapşrılıb.

Onu da əlavə edək ki, şəhidimizin iki övladı vətənə yadigar qaldı.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26