Interposta.Info

İtkin əsgərimizin nəşi Xocavənddə tapıldı

Ölkə
 17-03-2021, 22:42     515

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

"İnterPosta"xəbər verir ki, sonuncu dəfə ailəsi ilə ötən ilin noyabr ayında əlaqə saxlayan əsgər, Gəncə şəhər sakini, 23 yaşlı Vüsal Elşən oğlu Məmmədovun nəşi Xocavənd rayonu ərazisində aşkarlanıb.

Şəhid V. Məmmədov sabah Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, V. Məmmədovun adı Müdafiə Nazirliyinin itkin hərbçilərlə bağlı yaydığı siyahıya daxil edilmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26