Interposta.Info

Erkin Qədirli: "Təhsil haqları yarıbayarı azaldılsın" (VİDEO)

Müxtəlif
 6-08-2020, 00:06     238

"2020-2021 tədris ili üçün ali məktəblərdə və digər ödənişli təhsil xidməti göstərən müəssisələrdə vətəndaşların təhsil haqları ən azından yarıbayarı azaldılmasını təklif edirəm”.

"İnterPosra" xəbər verir ki, belə bir təkliflə deputat Erkin Qədirli parlamentin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında çıxış edib:

"Bildiyiniz kimi, universitetlərdə ikinci semestrdə və məktəblərdə üçüncü və dördüncü rüblərdə dərs olmadı. Ona görə də büdcədə təhsil xərclərinin azaldılması bu səbəbdən anlaşılandır. Yalnız, məncə, bu, ikitərəfli olmalıdır. Məncə, vətəndaşların da xərcləri azaldılsa, doğru olar. Məsələn, 2020-2021 tədris ili üçün ali məktəblərdə və digər ödənişli təhsil xidməti göstərən müəssisələrdə vətəndaşların təhsil haqları ən azından yarıbayarı azaldılmasını təklif edirəm. Bu, daha doğrusu, seçicilərin istəkləridir.

Çünki təhsil xidmətlərini yaz aylarında, ikinci semestr və yaxud üçüncü, dördüncü rüb dönəmində tam şəkildə ala bilməyiblər. Bu, belə baxıram, universal- bütün dünyanı əhatə edən problemə çevrilməkdədir. O dərəcədə ki, BMT-nin baş katibi də o gün bir açıqlama verdi ki, dünyada bir milyard uşaq təhsil xidmətlərindən məcburi olaraq uzaq qalıb, tam ala bilməyib, hətta internet və yaxud televiziya üzərindən göstərilən o xidmətlərin keyfiyyətinə də nəzarət etmək olmur, çünki evlərdə valideynlər nə dərəcədə o uşaqların təhsilinə diqqət yetirirlər, onu dövlət bilə bilmir.

Ona görə əgər sentyabrda və yaxud nə zamansa məktəblər və universitetlər açılıb dərslərə başlanılarsa, təklifim və yaxud xahişim hökumətə budur ki, təhsil haqlarının ən azından yarıbayarı azaldılmasına diqqət yetirsinlər və bu mümkündürsə, bunu edə bilsinlər”.(Qafqazinfo)


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26