Interposta.Info

Məktəblərin qış tətilinin vaxtı açıqlandı

Ölkə
 17-01-2020, 08:31     389

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır.

Təhsil Nazirliyindən "İnterPosta"ya verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26