Interposta.Info

Bakıda imkansız ailələr üçün "Palıd" supermarketi "Xeyriyyə səbəti" təşkil edib - FOTO

Müxtəlif / Manşet
 16-04-2020, 02:41     639

Bu günlərdə imkansız ailələrə maddi yardım edilməsi bir ənənə halını almışdır.

İnterPosta.info xəbər verir ki, bu ənənəyə sadiq qalan xeyriyyəçi "Palıd" supermarketınin rəhbəri Yusif Hüseynovda dəstək verib.

Aşağıdakı fotoya diqqətlə baxın!... Allah rizası üçün imkansız ailələrə kömək etmək istəyənlərə Laçın rayonundan olan xeyriyyəçi Yusif Hüseynov özünün təmiz iman əxlaqı ilə bir nümunə göstərmişdir!... Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən "Palıd" supermarketınin içində "Xeyriyyə səbəti" adlı bir guşə yaradılmış və həmin guşədə qablaşdırılmış şəkildə müxtəlif ərzaqlar, meyvə-tərəvəzlər, yuyucu maddələr və mətbəx ləvazimatları qoyulmuşdur!... Mənə sakinlər tərəfindən verilən məlumatlara görə , artıq 10 gündür ki, imkansız şəxslər həmin "Xeyriyyə səbəti"ndən ehtiyaclarını ödəyəcək miqdarda sovqat payını sərbəst və heç kimin nəzər-diqqətini çəkmədən, kimə isə minnətdarlıq etmədən öz ailəsinə aparmaqda davam edirlər!... Həqiqətən də, Allah rizası üçün ehtiyacı olanlara, məhz, bu formada köməklik göstərilməlidir!...Allah, xeyirli iş görənləri sevər!...

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26