Interposta.Info

Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi

Müxtəlif
 13-11-2019, 16:08     10 738


Ən gözəl insani keyfiyyətlərdən biri də xeyirxahlıqdır. Xeyirxahlıq məfhumu olmasaydı, insanlıq da olmazd.
Müsahibimiz xeyirxah işlər görən Xeyirxah İnsanlar Birliyinin təşkilatçısı Elvaris Əliyevdir. O, bir il ərzində 250-dən çox ailəyə dəstək göstərildiyini bildirib: -Təşkilat nə vaxtdan fəaliyətdədir?
Xeyiraxah İnsanlar Birliyi 2019-cu ilin yanvarından fəaliyyətə başlayıb. Artıq bir ilə yaxındır fəaliyyətdədir. Əsas məqsədimiz ehtiyacı olanlara, aztəminatlı ailələrə, xəstələrə yardım göstərməkdir.
Təbii ki, bu işdə xeyirxah insanların dəstəyinə ehtiyacımız var. -Bir il ərzində hansı xeyriyyə aksiyalarınız olub?
Bir il ərzində xeyriyyə aksiyalarımız çox olub. Yeni aksiyalarımız da mütləq olacaq. Yəni qısa müddət ərzində 250-dən çox ailəyə dəstək göstərmişik. Maddi və ərzaq cəhətdən, paltar geyimləri və əşya cəhətdən bizə müraciətlər olub. Bu müraciətlər əsasında biz həmin ailələrə köməklik edirik.
-Təşkilatı yaratmaq ideyası necə oldu ki sizdə yarandı? Bu ideya məndə uşaqlıqdan yaranmışdı. Bundan əlavə vitse-prezident və Heydər Əliyev fondunun prezidenti Mehriban xanımın və Leyla Əliyevanın gördüyü xeyirxah işlər bizə örnək verir və ruhlandırır.
-Bəs uşaqlar və ahıllar evində xeyriyyə aksiyalarınız olub?
Planda var ki, uşaq və qocalar evlərində aksiyalar keçirək. Gələcək layihələrimizdə və planlarımızda var. Növbəti aylarda belə bir aksiyalar keçirəcəyik.
-Xeyriyyə aksiylarınızda daha çox maddi cəhətdən köməklik edirsiniz yoxsa ərzaq yardımlarına daha çox üstünlük verirsiniz? Xeyirxah İnsanlar Birliyinə müraciətlər həddindən artıq çoxdur. Bir il fəaliyyətdə olmağımıza baxmayraq artıq bizə 1500-2000 müraciət daxil olub. Müraciətlər müxtəlif formadadır. Kimi ərzaq cəhətdən bizdən yardım istəyir, kimisi maddi cəhətdən, kimisi də xəstəliyinə görə bizdən dəstək istəyir. İnsanlar bizə ya video, ya da yazılı formada müraciətlər edir. Biz də səhifəmizdə paylaşırıq. Olunan yardımları da həmin ailələrə çatdırırıq.
-Müraciətlər yalnız Bakı şəhəri üzrə olur yoxsa bölgələr üzrə də?
Bütün rayonlarımızda demək olar ki, müraciətlər olur. Bizim səhəfələrimiz izləsəz görəcəksiz ki, biz bölgələrə də yardımlar aparmışıq. Cənub bölgəsinə və digər bölgələrə yardımıarımız olub.
-Qurban və Ramazan bayramlarında aksiyalarınız olub?
Bəli olubdur. Qurban bayramında qurbanlıq paylarını imkansız ailələrə paylamışıq. Bundan başqa, mütəmadi olaraq, hər iki aydan bir qurban kəsərək, aztəminatlı ailələrə paylayırıq.
-Fəaliyyət istiqmətiniz ancaq sosial şəbəkə üzərindəndir?
Hazırda facebook və instagram üzərindən fəaiyyət göstəririk. Birliyimizin anlamı odur ki, ətrafımıza nə qədər çox xeyirxah insanlar toplaşsa, daha çox ehtiyacı olan ailələrə köməklik göstərərək, onları sevindirə bilərik. Nəzərə alsaq ki, bizə həftə ərzində 10-a yaxın ehtiyaclı ailə müraciət edir, bu səbəbədən onların cüzi də olsa ehtiyacını ödəyə bilirik.
-Bəs yardımsevər insanlar aksiyalarınıza qoşulurlarmı? Əlbəttə, imkanlı şəxslər tez-tez bizimlə əlaqə saxlayırlar. Onlar da keçirdiyimiz aksiyalarda mütəmadi iştirak edirlər. Onların dəstəyi ilə bacardığımız köməkliyi göstəririk. Ümumiyyətlə bizə dəstək olmaq üçün facebook və insatagram səhəfələrimizə yaza bilərlər. Bundan əlavə hesab nömrələrimiz və əlaqə nömrələrimiz (051 788 86 40) var. Xeyirxah insanlardan da bizə dəstək olmalarını istəyirik. Biz də ehtiyacı olan insanlara bu yardımları çatdıraq. Allah hər zaman edilən yaxşılıqların əvəzini qaytarandır. Bizə dəstək üçün million vasitəsilə hesaı artıra bilərsiniz. Ümid edir ki, xeyirxah insanlar dəstəklərini əsirgəməyəcəklər.
( Hesab- 380194403265457501 AZE- 16803640 (Bank Respublika –Million)

İnterPosta.info

Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi
Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi
Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi
Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi
Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi
Mehriban Əliyevanın yolu ilə gedən xeyriyyəçi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26