Interposta.Info

Gənc şairdən yeni kitab

Müxtəlif / Paradoks
 30-12-2019, 19:56     1 183

Gənc şair Amil Amalın yeni “Evə gələndə sevgi al” kitabı işıq üzü görüb.

"İnterPosta.info" verdiyi xəbərə görə, “Qanun” nəşriyyatında çap olunan kitab yanvarın 1-dən “Əli və Nino” kitab mağazalarında satışda olacaq.

Kitabda müəllifin on il ərzində yazılmış sevgi, tənhalıq, müharibə, azadlıq, həyat və fəlsəfə haqqında minimalist və sərbəst şeirləri toplanmışdır.

Qeyd edək ki, kitabın təqdimatı yanvarın sonunda gözlənilir.

Xatırladaq ki, Amil Amalın şeirləri Kulis.az -da da yayımlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26