Azərbaycanda qadağan olunan kitab Türkiyədə çap olundu
İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabı çapdan çıxıb
"XeberBiz" xəbər verir ki, “Qafqazinfo”-a bu barədə xəbəri Elşad Miri özü verib. Bildirib ki, ölkəmizdə qadağan olunan kitabı Türkiyədə çapdan çıxıb: ““İslamda yoxdur” adlı kitabım Tükiyənin İstanbul Yayınları tərəfindən çapdan çıxdı. Kitabın İSBN-i və aksiz markası da var… Kitab Azərbaycan dilində çap olunub və Azərbaycandan başqa bütün digər ölkələrdə yaşayanlar həmin kitabı əldə edə biləcəklər! “İslamda yoxdur” bir neçə dildə və bir neçə ölkədə də önümüzdəki aylarda nəşr olunacaq. Azərbaycanımızdakı ekspertlərin gördükləri “təhlükələr”i onlar görməyiblər”.
Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.
“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26