Interposta.Info

100 il əvvəl götürülən kitab

Ölkə
 17-01-2017, 08:00     636

 100 il əvvəl götürülən kitab

Amerikalı Uebb Conson San Fransisko kitabxanasına 100 il əvvəl götürülmüş kitabı geri qaytarıb.

Bu barədə lenta.ru saytı “San Francisco Chronicle”a istinadən yazıb. Söhbət Fransis Hopkins Smitin qısa hekayələrindən ibarət “40 dəqiqə gec” adlı kitabından gedir. Kitabı onun nənəsi Fibi Uebb götürüb. Kişi kitabı 1966-cı ildə aşkarlayıb. Kitabın qaytarılma vaxtı nənəsinin ölümündən bir həftə sonraya təsadüf edirdi.

Həmin vaxt Conson onu kitabxanaya aparmayıb. Düşünüb ki, aradan bir neçə il keçdiyi üçün kitab ailəyə qalmalıdır. Kitabxana isə kişini bu gecikməyə görə cərimələməyib. Əksinə, oxucuların zamanında qaytarmadığı kitablarla bağlı aksiya keçirib.

2016-cı ilin aprelində Yeni Zelandiya sakini Oklend şəhər kitabxanasına 1948-ci ildə götürülmüş kitabı geri qaytarmışdı. Qadın “Maori ölkəsinin mif və əfsanələri” adlı kitabı özündə saxlayırdı. Kitabxana işçisinin sözlərinə görə, Zoe Kornelius adlı təqaüdçü qadın kitabı hələ uşaq olanda kitabxanadan götürübmüş və bu müddət ərzində onu geri qaytarmağı planlaşdırırmış. Kitabxana rəhbərliyi qadını bağışlayıb və gecikmiş kitaba görə 17 min dollar məbləğindəki cəriməni ona bağışlayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26