Interposta.Info

Mehdi zühur etməyəcək - Qalmaqallı açıqlama

Müxtəlif
 5-12-2019, 16:14     840

İlahiyyatçı Elşad Miri on ikinci imam Mehdi Sahib-Zamanın (Məhəmməd Mehdi) zühur edəcəyi iddiası ilə bağlı ilginc açıqlama verib.

İlahiyyatçı bir sıra dini əsərlərdə Mehdinin zühuru ilə bağlı məsələlərinin yer almadığını bildirib.

Dini çevrələrdə müzakirə mövzusu olan iddia haqda Elşad Miri qeyd edir:

“Peyğəmbərə istinad edilən rəvayətlər arasında ona ən yaxın olanı İmam Malikin “Muvatta” adlı əsəridir. Maraqlıdır ki, həmin əsərdə Mehdi ilə əlaqəli heç bir hədis yoxdur.

Qurandan sonra ən mötəbər kitablar kimi təqdim edilən İmam Buxarinin və Muslimin “Səhih” adlı əsərlərində də Mehdi və ya mehdilik haqqında heç bir rəvayət mövcud deyil. Bu iki müəllifdən sonra səhih hesab etdiyi rəvayətləri bir yerə yığaraq “Əs-Səhih” adlandıran İbn Huzeymə də əsərində Mehdi ilə əlaqəli rəvayətlərə yer ayırmayıb”./teleqraf.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26