Interposta.Info

Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Müxtəlif
 24-05-2018, 18:01     10 537

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, xalq artisti, dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə iştirak edən xalq artisti, teatr rejissoru, professor Ağakişi Kazımov, xalq artisti Hacı İsmayılov, əməkdar incəsənət xadimi, professor, sənətşünaslıq elmləri üzrə fəlsəfə doktoru, teatrşünas, tənqidçi Aydın Talıbzadə və Mehdi Məmmədovun qardaşı oğlu Əsəd Məmmədov çıxış edərək görkəmli sənətkarın quruluş verdiyi tamaşalardan, oynadığı rollar haqqında ətraflı danışıblar. Bildirilib ki, nadir istedada malik rejissor kimi Mehdi Məmmədov milli teatr səhnəsində Azərbaycan və dünya dramaturji irsinin dərin məzmunlu və rəngarəng janrlı nümunələrinə verdiyi mükəmməl quruluşlarla ölkə teatrı tarixinə parlaq səhifələr yazıb.
Sonra Mehdi Məmmədovun hazırladığı “Canlı meyit” tamaşasından fraqment təqdim olunub.
Xalq artisti, teatr və kino aktyoru, rejissor Ramiz Məlik sənətkarın quruluş verdiyi Hüseyn Cavidin “İblis” pyesindən ətraflı danışıb və həmin tamaşadan “Arifin manaloqunu” səsləndirib.
Sonda Mehdi Məmmədovun oğlu Vüqar Məmmədov atası ilə bağlı xatirələrini bölüşüb, tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib.

interposta.info


Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib
Mehdi Məmmədovun 100 illik yubileyinə həsr olunmuş  tədbir keçirilib

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26