Interposta.Info

Belarusda tanınmış azərbaycanlının klubunda erməni konserti və... (İDDİA)

Müxtəlif / Manşet
 26-09-2019, 18:08     10 367

Azərbaycan diasporunun Belarusda tanınmış nümayəndələrindən biri kimi tanınan Baxşı Qəmbərov Minskdə sahibi olduğu "Mulyen Ruj” klubunda erməni olduğu söylənilən müğənni Quram Amaryanın konsertini təşkil edib.

"İnterPosta.info" xəbər verir ki, bu haqda məlumatı Pia.az saytı yayıb.

Saytın bildirdiyinə görə, erməni müğəninnin konsertini təşkil etməklə yanaşı, klubda Azərbaycan mahnılarının səsləndirilməsinə də qadağa qoyulub.
Saytda məlumatı "Zerkalo” qəzetinin keçmiş əməkdaşı, hazırda Almaniyada yaşayan jurnalist Mövsüm Hacıyevin "Facebook" sosial şəbəkəsindəki profilində paylaşdığı qeyd olunub:

"Bu biabırçılıqla Minskdə rastlaşan Mövsüm Hacıyev ironiya ilə "Dahi millətik” yazaraq Azərbaycan diasporunun Belarusdakı ünlü simasına öz etirazını bildirib”.

Hələ ki, məsələ ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi reaksiya verməyib.

İnterPosta.info

Belarusda tanınmış azərbaycanlının klubunda erməni konserti və... (İDDİA)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26