Interposta.Info

Erməni diasporu Fətullayevi məhkəməyə verir

Gündəm
 24-02-2018, 17:21     10 427

Azərbaycanın işğal altında olan ərazilərinə Bakıdan izn almadan qanunsuz səfərlər etdiyinə görə ölkənin qara siyahısına salınan Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyan jurnalist Eynulla Fətullayevi məhkəməyə verməyə hazırlaşır

Artıq Karampetyanın vəkili Corc Henri Byussi Fətullayev və “Haqqin.az” saytına bununla bağlı məlumat göndərib.

Byussi saytdan Karampetyanın fəaliyyəti haqqında bir müddət əvvəl Eynulla Fətullayevin qələmə aldığı araşdırmanın silinməsini tələb edib.

“Haqqin.az” saytı artıq məsələ ilə əlaqədar bəyanat da yayıb. Sayt Karampetyanın fəaliyyəti haqqında jurnalist araşdırmasının beynəlxalq qanunvericiliyi, Avropa Konvensiyasını və Azərbaycan qanunlarını pozmadığını bildirib. Redaksiya həmçinin saytın rəhbəri Eynulla Fətullayevin Belçika məhkəməsinə çıxmağa və Karampetyanın qanunsuz fəaliyyətini sübut etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Fətullayev fevralın 20-də “Kaspar işi: xüsusi xidmət orqanları, brillyantlar və qan” məqaləsini yayımlayıb. Məqalədə Karampetyanın fəaliyyəti geniş işıqlandırılıb. Fətullayev öz yazısında erməni diasporunun Avropa qanadının liderini separatçı rejimin legitimləşdirilməsində ittiham edib.

Baş Prokurorluq Karampetyanın 2014-2018-ci illər ərzində Azərbaycan sərhədini qanunsuz keçməsi və Xankəndində olmasını, Azərbaycanın suverenliyi əleyhinə çıxışlar etdiyini müəyyən edib. Ona qarşı cinayət işi qaldırılıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26