Interposta.Info

“Heç olmasa ciddi olun...”- Eynulla Fətullayev

Müxtəlif
 24-07-2019, 15:10     10 368

Tanınmış jurnalist Eynulla Fətullayev haqqın.az və virtualaz.org saytı ilə bağlı sosial şəbəkələrdə və bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

O, "Qafqazinfo"ya açıqlamasında saytlarda texniki problemlərin yarandığını və artıq məsələnin həll olunduğunu qeyd edib:

"İki gün öncə, "Facebook" və "Watsapp"da ciddi problemlər yaşanmışdı. Təxminən 2 gün ərzində qlobal resurslar işləmirdi. Bu o deməkdir ki, Mark Zukerbeqi yenidən Senata çağırıblar? Bu cür şayiələr yayan bəzi mətbuat və resurslara demək istəyirəm ki, ona görə də çox zaman "jurnalistlərin" qatıldığı ziyafətlərdə iştirak etmirəm. Çünki özümü onlarla bir sırada görmürəm... Peşəkar deyilsiz anladım, heç olmasa ciddi olun".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26