Interposta.Info

Əkizlər ilk konsertini verdi, Tolik ağladı -

Maqazin
 3-02-2017, 07:27     1 131

 Əkizlər ilk konsertini verdi, Tolik ağladı -

Əkiz Sevin-Sevil bacılarının Moskavada "Korolevski" zalda ilk konserti baş tutub.

Musavat.com xəbər verir ki, bacılar "Sevdiyim adam" adlı gecədə klarnet ifaçısı Hüseyn Məmmədoğlunun müşayəti ilə hit mahnılarını ifa edib. İki hissədən ibarət olan konsetin xüsusi qonağı sevilən müğənni Elton Hüseynəliyev olub. O, canlı ifaları ilə konsertə rəng qatıb.

Daha sonra ifaçılar zalda əyləşən Nuri Sərinləndiricinin "O gözəl xanımdır" mahnısını səsləndirərək onu səhnəyə çağırıblar və onunla birlikdə duet ifa ediblər.

Gecədə yadda qalan məqamlardan biri də bacıları dinləyən prodüser Tolikin göz yaşı tökməsi olub. O, bildirib ki, əkizlərin uğuruna sevinir. Ona görə də sevinc gözyaşlarını saxlaya bilmir.
Səfərovalar səhnəyə onlar üçün özəl hazırlanmış 2 geyimdə çıxıb. Gecənin aparıcısı Nəsib Nur olub.

Qeyd edək ki, Azərbaycandan Moskvaya onları dinləməyə iş xanımı Ruhi Əliyeva, müğənnilər Nuri Sərinləndirici, Jane, Jeyla, Əhməd Mustafayev, "A glamour" moda evinin direktoru Afa İsmayılzadə, aparıcı Lamiyə Ələkbərova gedib.

interposta.info

 Əkizlər ilk konsertini verdi, Tolik ağladı -
 Əkizlər ilk konsertini verdi, Tolik ağladı -
 Əkizlər ilk konsertini verdi, Tolik ağladı -
 Əkizlər ilk konsertini verdi, Tolik ağladı -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26