Interposta.Info

Şəkidə möhtəşəm konsert baş tutdu – Türkiyəli məşhur səhnəyə çıxdı –

Maqazin
 10-05-2018, 11:45     10 468

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunan konsert proqramı izləyicilər tərəfindən böyük coşğu ilə qarşılanıb.

“ARB Media Qrup”unun təşkilatçılığı, Şəki şəhər icra hakimiyyəti, “Marxal Resort and spa”, “Sultansoy” prodakşn və “Əliəhməd şirniyyat evi”nin təşkilatı dəstəyi ilə keçirilən konsert proqramında ölkənin ulduz müğənnilər ilə yanaşı türkiyəli superstar Pətək Dinçöz də iştirak edib. Gecənin aparıcısı Murad Dadaşov müğənniləri səhnəyə dəvət etməklə konsertə start verib.

Beləliklə Damla, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Vasif Məhərrəmli, Lətifə Soyuöz, Elariz Məmmədoğlu, Dana Durdana, Əbdül Xalid, reper Qurd səhnə alıb. Onların ifaları isə tamaşaçılarda uzun illər unutmayacaqları xoş təəssürat yaradıb.

Sonda isə gecənin sürprizi Pətək Dinçöz səhnəyə çıxıb. Türkiyəli superstarın ifaları izləyicilərin maraqlı anlar yaşamasına səbəb olub.

Beləliklə, növbəti dəfə regionun qəlbi Şəkidə döyünüb. Belə möhtəşəm konsert proqramı həm yerli sakinlərin həm qonaqların yaddaşında uzun müddət yaşayacaq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26