Interposta.Info

Kreml Sarayında Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

Müxtəlif
 13-04-2017, 11:26     661

Dövlət Kreml Sarayında xalq artisti Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən qala konsert keçiriləcək

interposta.info
APA-ya istinadən verdiyi məlumata görə, “Sənsiz nəğmə yoxdur” adlı konsert mayın 31-də olacaq.

Konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında baş tutacaq.

Gecədə Rusiya Dövlət Akademik Böyük Teatrının, Moskva Akademik Musiqili Teatrının, Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26