Interposta.Info

“O gün görürəm ki, iki qadın yer üsütündə dava edir” – Sayalı Abasova

Müxtəlif
 7-04-2019, 22:17     10 439

- Ay qardaş belə olmaze!? Günü-gündən mədəniləşmək əvəzinə daha da geri gedirik!
- Niyə belə düşünürsən ay Əlövsət, yenə nə eşidib, nə görmüsən?!
- Bundan artıq nə olmalıdı ki, minirik avtobusa bir də eşidirik ki, bas qaza arxadakı avtobus çatdı ha! Yoxsa planı dolmazmış kişinin oğlunun! Camaatın həyatını bir paralıq sayır...
Hələ bu azmış kimi qabaqda durmayın keçin-keçin deyir. Guyamış öz aləmində, insanları mehribanlaşdırır, özünə xeyir edir. Belə-belə işlər ay qardaş. Bunların axırı hara gedəcək görəsən?!
O gün görürəm ki, iki qadın yer üsütündə dava edir. Ay başına dönüm, burda böyüdəcək nə var axı?! Hələ bir-biriləriylə təhqirlə uca səslə danışırlar. Avtobusda cibində telefon olan kim varsa, götürüb videolarını çəkib vaççapdı nədir orda paylaşırlar. Bu da köhnə elin yeni adətidir. Soruşanda da deyirlər ki, indi sovet dövrü deyil ha, müasir 21-ci əsr zəmanəsidir!
Sayalı Abasova

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26