Interposta.Info

Bu şəxslər metrodan PULSUZ istifadə edir-

Müxtəlif
 1-08-2018, 15:23     10 532

Əksər inkişaf etmiş ölkələrdə metrodan pulsuz istifadə edən vətəndaşlar var.

Məsələn, Moskvada 1, 2 və 3-cü dərəcəli əlillər, Böyük Vətən Müharibəsi veteranları, yetim uşaqlar və digərləri metrodan pulsuz istifadə edirlər.
Bəs Azərbaycanda kimlər metrodan pulsuz istifadə edə bilər?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC -nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, Azərbaycanda da metrodan pulsuz istifadə edən sərnişinlər var:

“7 yaşadək uşaqlar, metropoliten işçiləri, metro veteranları (vaxtilə metropolitendə çalışmış və "veteran" statusu almış şəxslər), xidməti vəzifə başında olan polis əməkdaşları, ədliyyə polisi, müddətli həqiqi hərbi xidmət qulluqçuları Bakı metrosundan pulsuz istifadə hüququna malikdirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26