Interposta.Info

“Bakcell” xidmətlərindən istifadə edən hərbiçilər pulsuz danışacaq

Ölkə
 13-03-2019, 23:13     10 706

“Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunları hərbi qulluqçuları gün ərzində şəbəkədaxili pulsuz danışacaq.

Daxili Qoşunlar günü münasibətilə Bakcell şirkəti bütün Daxili Qoşunları hərbi qulluqçularını təbrik edib. Bu münasibətlə şirkət onlara təbrik SMS-i yollayıb. Bundan başqa, “Bakcell” peşə bayramı münasibətilə gün ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularına şəbəkədaxili pulsuz danışıq hədiyyə edib.

Beləliklə, “Bakcell” xidmətlərindən istifadə edən Daxili Qoşunları hərbi qulluqçuları bu gün heç bir ödəniş etmədən şəbəkədaxili istədikləri qədər zəng edə biləcək.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26