Interposta.Info

“Bakcell”dən “Pulsuz zəng” adlı yeni məhsul

Ölkə
 17-09-2021, 20:12     143

Bu məhsuldan ilk olaraq “Leobank” müştəriləri istifadə edəcək
Bakcell şirkəti korporativ abunəçilər üçün tam yeni məhsul istifadəyə verib. “Pulsuz zəng” adlanan bu xidmətdən “Bakcell”inhəm mövcud, həm də potensial korporativ abunəçiləri yararlana bilər.
Yeni təqdim olunan bu təklifdən istifadə edən korporativ abunəçinin müştəriləri onlara pulsuzzəng edə biləcək, çünki həmin zəngin dəyəri təşkilatın özü tərəfindən ödəniləcək. Bu xidmət Azərbaycanda fəaliyyət göstərən və istehlakçılarla birbaşa işləyən bütün bank, taksi və digər sahələrdə fəaliyyət göstərən şirkətlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, “Bakcell”in sözügedən məhsulundan Azərbaycanda ilk dəfə ölkənin birinci rəqəmsal bankı olan “Leobank” istifadə edəcək. Beləliklə,“Leobank” istifadəçiləri banka zəng edərkən heç bir vəsait ödəməyəcək.
Yeni xidmət barədə daha ətraflı məlumat https://business.bakcell.com/az/special-offers-mobile internet səhifəsində yerləşdirilib.
Korporativ və fərdi abunəçiləri bazarda ən üstün müştəri təcrübəsi ilə təmin etmək üçün Bakcell öz şəbəkəsini, xidmət keyfiyyətini və məhsullarınıtəkmilləşdirməyə davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26