Interposta.Info

Yalnız bu hallarda metrodan istifadə etmək lazımdır - AÇIQLAMA

Ölkə
 16-09-2020, 09:28     515

“Metro stansiyalarında sosial məsafənin gözlənilməsinə ciddi nəzarət edilir”.

Bu sözləri Lent.az -a açıqlamasında “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, metronun yenidən fəaliyyətə başlamasından sonra sərnişin axınının bütün istiqamətləri üzrə araşdırma, təhlillər aparılır:

“Sərnişinlərin tibbi maskaları düzgün taxması, məsafəyə diqqət etməsi aydın hiss olunur. Onlar buna çalışırlar və xüsusi qoyulan işarələrə diqqət edirlər. Biz sözügedən istiqamətdə maarifləndirmə işlərinə davam edirik. Çalışacağıq ki, sərnişinlər də bizə bununla bağlı yardımçı olsunlar”.

B.Məmmədov qeyd edib ki, metro qapalı məkan olduğundan insanlar zəruri ehtiyac olduqda metrodan istifadə etməlidirlər:

“Yəni, istirahət və ya başqa məqsədlə harasa gediriksə, piyada gəzməyə və ya yerüstü nəqliyyata müraciət etməliyik. Təbliğatımızı da sırf bunun üzərində quracağıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26