Interposta.Info

Hansı millət vəkilləri ictimai nəqliyyatdan istifadə edir?

Ölkə
 2-10-2018, 09:05     10 389

Gündəlik həyatda çoxumuz metrodan, avtobusdan istifadə edirik. Bəs millət vəkillərimiz ictimai nəqliyyatdan istifadə ediblər? "Sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiz?" sualı ilə deputatlarımıza müraciət etdik.

Fazil Mustafa: "Sonuncu dəfə 1 il öncə metrodan istifadə etmişəm. Hazırda isə istifadə etmirəm, şəxsi avtomobilim var".

Vahid Əhmədov: "Açığını deyim ki, sonuncu dəfə 1 il öncə marşrutdan istifadə etmişəm. Metrodan indi də arabir istifadə edirəm".

Araz Əlizadə: "Vallah yadıma da gəlmir. Çox-çox əvvəllər, tələbə vaxtlarımda istifadə etmişəm. Mənim öz maşınım olmazdan əvvəl həmişə piyada gəzmişəm, hər yerə piyada gedib-gəlməyi xoşlayırdım. Ona görə ictimai nəqliyyatdan çox az istifadə etmişəm".

Yevda Abramov: "Müxbirdi? Qurtardıq da, a kişi. Mən yol üstdəyəm, paltar geyib işə gedirəm".

Fərəc Quliyev: "Təsadüfən lazım olanda metrodan da, marşrutdan da istifadə edirəm, amma mütəmadi istifadəçi deyiləm".

Azər Badamov: "Təbii ki, ictimai nəqliyyatdan istifadə edirik. Ən lazım olan vaxtda hamımızın köməyinə gəlir. Bugün müasir avtobusların olması, kart sisteminin tətbiqi ictimai nəqliyyatdan istifadəni qat-qat asanlaşdırıb. Axırıncı dəfə bazar günü metro ilə işim olduğu üçün "Xalqlar dostluğu" stansiyasına gedib qayıtmışam. Elə bir ay öncə də həmkarım Tahir Rzayevlə metroda rastlaşmışam".

Eldar İbrahimov: "Tarix yadımda deyil, amma yeri gələndə istifadə edirəm. Xüsusi getdiyim bir yer yoxdur. İşə gedib evə gəlirəm. Şəhərə çıxanda isə istifadə edirəm. Düzü marşruta minməmişəm, amma metroya minirəm"./qaynarinfo

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26