Interposta.Info

Mənsimovun gəmilərində etiraz - "Palmalı"dan cavab:

Müxtəlif
 20-07-2018, 14:51     10 423

Azov dənizində reyddə dayanan neftdaşıyan tankerin heyət üzvləri aylardır əmək haqları ala bilmədiklərinə görə aclıq elan edib.

Finans.az TASS-a istinadən xəbər evrir ki, "Riroil 5” tankerinin 12 heyət üzvündən 7-iRusiya, 5-i Azərbaycan vətəndaşlarıdır. Heyət üzvlərindən 4-ü aclıq aksiyasına başlayıb.

"Riroil” tankeri hazırda borc içində batan oliqarx Mübariz Mənsimovun "Palmali” şirkətlər qrupuna məxsusdur. 2003-cü ildə Volqoqrad tərsanəsində yığılıb, beynəlxalq gəmiçilik reyestrlərində yer alan məlumatlara görə mülkiyyətçisi Rostovda qeydiyyatdan keçmiş "Palmali” MMC şirkətidir. Bu şirkət Mənsimovun Türkiyədəki "Palmali Denizçilik” qrupuna daxildir. Gəmi Malta bayrağı altında üzür.

Dənizçilər bildirir ki, türk şirkətinin heyət üzvləri qarşısında əmək haqqı borcu 100 mn dollardan çoxdur. Bəzi dənizçilər artıq 8 aydır ki, maaş almırlar. Dənizçilər "Palmali” şirkətini məhkəməyə verməyə hazırlaşırlar.

Mənsimovun gəmilərində etiraz - "Palmalı"dan cavab:

Agentlik bildirir ki, bundan əvvəl "Palmali”nin daha üç gəmisində heyət üzvlərinin əmək haqlarının verilməməsinə etiraz olaraq aclıq aksiyası elan etdikləri haqda xəbərlər yayılıb. Lakin hələlik bu xəbərləri təsdiqləmək mümkün olmayıb.

Virtualaz.org "Palmali”nin borc içində üzdüyünü və Rusiyada şirkətin barəsində müflisləşmə proseduru başladıldığı haqda dəfələrlə yazıb. Şirkətin iki gəmisinin aylardır Avropa limanlarında həbs altında olduğu da məlumdur.

Mediada yazılanlara bağlı "Palmali Group"un mətbuat xidmətindən açıqlama yayılıb. Musavat.com-a verilən məlumata görə, xəbərlərlə bağlı rəsmi açıqlama ilə çıxış edən şirkət bəyan edib ki, bu məsələdə məsuliyyətin onların üzərinə atılması doğru deyil: "Belə ki, şirkət öz tərəfindən əmək haqlarını köçürüb. Ancaq bəzi bankların sanksiya altında olması səbəbindən bu problem ortaya çıxıb. Gecikmə də bu səbəbdən olub".

Daha sonra açıqlamada bildirilir: "Bu problem Rusiya limanlarında qarşımıza çıxır. Bir neçə gəmiyə də maaşlar gecikmə olsa da hesablarına köçürülür.

Adıçəkilən gəmidə çalışanların maaşları da ödənilib. Bu gün belə bir bəyanatın yaydıranların məqsədi "Palmali Group"un işgüzar nüfuzuna zərbə vurmaqdan ibarətdir. Bizim heç bir Avropa limanında belə bir problemimiz yoxdur. Rusiya limanlarında belə problemlər ortaya çıxır ki, bu problemlər də sırf banklara qoyulan sanksiyalarla bağlıdır. Ona görə də "Palmali Group"un mövqeyini öyrənmədən bu tipli xəbərləri ictimailəşdirmək KİV haqqında qanuna, habelə jurnalistika qaydalarına ziddir".

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26